Dollarla krediti olanların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

Dollarla krediti olanların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
13:52 21 Dekabr 2015
760 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda üzən məzənnə rejiminə keçilməsinə baxmayaraq Azərbaycan bankları əvvəlki qaydada işinə davam edəcək.

Milli.Az bildirir ki, bunu fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

"Dollar müştərilərinə güzəşt oluna bilər"

Onun sözlərinə görə, banklar fevral devalvasiyasında olduğu kimi bu dəfə də dollarla kredit götürmüş müştərilərə qarşı restruktizasiya addımları atacaq: "Fərdi qaydada müştərilərə yanaşma olacaq, müddətin yenə artırılması, faizlərin azaldılması mümkündür".

"Müştəriləri daha ehtiyatla seçəcəyik"

Bununla belə, kəskin devalvasiyadan sonra banklar kredit verərkən bir qədər fəqli siyasət yürüdəcəklər: "Müştərilərin təhlili zamanı onların aylıq gəlirinin valyuta ilə ifadədə nə qədər etdiyinə baxılacaq. Buna uyğun qərar veriləcək. Amma onu da qeyd edim ki, kreditlərin ucuzlaşdırılması ilə bağlı siyasətimiz də davam edəcək".

"Mərkəzi Bankdan dəstək ala bilərik"

Banklar manatın kəskin ucuzlaşması nəticəsində üzləşdikləri itkiləri Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi ilə aradan qaldıracaq: "AMB-nin bəyanatında da göstərilib ki, bankların maliyyə dayanıqlığının təmin olunması üçün tədbirlər görüləcək. Yəgin ki, banklar qorumaq üçün lazımi addımlar atılacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR