İstanbulda TDƏŞ-ə üzv ölkələrin strateji araşdırmalar mərkəzləri rəhbərlərinin iclası keçirilir

İstanbulda TDƏŞ-ə üzv ölkələrin strateji araşdırmalar mərkəzləri rəhbərlərinin iclası keçirilir
13:58 21 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də İstanbulda Türkiyə Respublikası Xarici işlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) birgə təşkilatçılığı ilə Şuraya üzv ölkələrin strateji araşdırma mərkəzlərinin rəhbərlərinin ikinci iclası keçirilir.
Açılış mərasimində TDƏŞ-in sədri Ramil Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzin direktoru Fərhad Məmmədov, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Rəsul Usul, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerlan Karin, Qırğızıstan Milli Strateji Araşdırmalar Mərkəzinin direktoru Talant Sultanov və başqalarının çıxışları dinlənilib.
TDƏŞ-ə üzv ölkələrinin beyin mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyətini yüksək dəyərləndirən natiqlər bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.
İclasın gündəliyinə “Siyasi, sosial, iqtisadi və mədəni istiqamətlər əsasında türkdilli dövlətlər arasında regional əməkdaşlığın inkişaf potensialının həyata keçirilməsi”, “Avrasiyada son iqtisadi-siyasi inkişafın türkdilli dövlətlər arasında və regional əməkdaşlıqda effekti”, “Türkdilli dövlətlər arasında və regionda artan əməkdaşlıq üçün ümumi gündəliyin hazırlanması” mövzularının müzakirəsi daxildir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR