Madriddə keçirilən xeyriyyə tədbirində Azərbaycan rəqsləri ifa olunub

Madriddə keçirilən xeyriyyə tədbirində Azərbaycan rəqsləri ifa olunub
14:08 21 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 21 dekabr, AZƏRTAC
Madriddə keçirilən xeyriyyə tədbirinə bu şəhərdə yaşayan həmyerlimiz, rəqqasə Lalə Cəlilova də qatılıb. O, “Uzundərə” və “Nəlbəki” rəqslərini ifa edib. Tədbir iştirakçıları rəqsləri və Azərbaycan milli geyimini maraqla qarşılayıblar.
"Asociacion canina de Leganes" adlı təşkilatın həyata keçirdiyi bu tədbirin məqsədi diqqəti sahibsiz heyvanlara cəlb etmək və bu məqsədlə ianə toplamaqdan ibarətdir. Tədbirdə ərəb, yunan, ispan rəqsləri də ifa olunub.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR