Dəhşətli qətlin TƏFƏRRÜATLARI - başını asfalta vuraraq öldürdü

Dəhşətli qətlin TƏFƏRRÜATLARI - başını asfalta vuraraq öldürdü
14:12 21 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda 3 gün əvvəl törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.

Milli.Az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 18-də Ucar rayonunun Bərgüşad kənd sakini Elman Abbasov DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək Türkəci kəndində arvadı Aytənlə mübahisə etməsi ilə əlaqədar sonuncunun özünü yoldan keçən "VAZ-2106" markalı avtomobilin altına atmasını, avtomobil hadisə yerindən uzaqlaşdıqdan sonra arvadına yaxınlaşıb onun başını asfalta vurmasını bildirib. 

Hadisə yerində Aytənin meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş E.Abbasov tutulub.

Qeyd edək ki, Rayon Polis Şöbəsindən verilmiş ilkin məlumata görə, Ucar şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Elman Xanoğlan oğlu ilə qeyri-rəsmi nikahda yaşadığı, rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1997-ci il təvəllüdlü Səlimova Aytən Sabir qızı qonaq gəldikləri evdən qayıdarkən aralarında mübahisə yaranıb. Mübahisə zəminində E.Abbasov Türkəçi kəndində küt alətlə A.Səlimovanı qətlə yetirib.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR