Kürdəmirdə 78,2 min ton payızlıq kartof yığılıb

Kürdəmirdə 78,2 min ton payızlıq kartof yığılıb
14:13 21 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 21 dekabr, AZƏRTAC
Kürdəmir rayonunda payızlıq kartof yığımı başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, payızlıq kartof əkini ilə əsasən Kürqırağı kəndlərin sakinləri məşğuldur. Artıq Mehdili, Qocalı, Axtaçı və bir sıra digər ərazi vahidlərində xeyli vaxtdır ki, təkrar kartof əkilir. Cari mövsümdə 800 hektar sahədə payızlıq kartof yetişdirilib ki, bu göstərici ötən ilin müvafiq dövründəkindən 30 hektar çoxdur. Sahələrdən 78,2 min ton məhsul götürülüb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kurdemirde_782_min_ton_payizliq_kartof_yigilib-912918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR