BP 2017-ci ilə qədər xərcləri 25% azaltmağı planlaşdırır

BP 2017-ci ilə qədər xərcləri 25% azaltmağı planlaşdırır
14:17 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın ən iri neft-qaz şirkəti olan BP 2017-ci ilə qədər kapital xərclərini 2014-cü ildəki 22,9 milyard dollardan 17-19 milyard dollara qədər, başqa sözlə 17-25 % azaltmağı planlaşdırır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkətin orta müddətli proqnozunda məlumat verilib.
Kəşfiyyat və hasilat üzrə xərclərin 2014-cü ildəki 19 milyard dollardan 15-16 milyard dollara qədər azalacağı gözlənilir. Satış və emal sahəsində, eləcə də şirkətin digər fəaliyyət sahələrində də xərclərin azalacağı proqnozlaşdırılır - 3,9 milyard dollardan 2-3 milyard dollara qədər.
Nizamlanan maliyyə xərclərinin 2017-ci ilə qədər təxminən 6 milyard azaldılacağı planlaşdırılır. Qeyri-əməliyyat xərclərinin 2016-cı ilin sonuna qədər 2,5 milyard dollara qədər azaldılacağı gözlənilir.
Qeyd edək ki, Britaniya şirkəti olan və dünyanın ən böyük altı neft şirkəti arasında yer alan BP 1909-cu ildə yaradılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bp-2017-ci-ile-qeder-xercleri-25-azaltmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR