“Kainat gözəli-2015” titulunu filippinli qız qazanıb

“Kainat gözəli-2015” titulunu filippinli qız qazanıb
14:28 21 Dekabr 2015
75 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
“Kainat gözəli-2015” titulunu Filippin nümayəndəsi – 26 yaşlı Pia Alonso Vurtsbax qazanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, müsabiqənin nəticələri açıqlanarkən aparıcı səhvən 21 yaşlı Kolumbiya nümayəndəsi Ariadna Qutteresi qalib elan edib və qələbə tacı onun başına qoyulub. Sonradan səhvini başa düşən aparıcı iştirakçıdan üzr istəyib.
Beləliklə, Kolumbiya gözəli Qutteres və 27 yaşlı ABŞ gözəli Oliviya Cordan vitse-miss adını qazanıblar. Ümumilikdə isə gözəllik müsabiqəsində müxtəlif ölkələrdən 80 iştirakçının mübarizə apardığı bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR