SSRİ xalq artisti Alisa Freyndlix: "Kino mənə məşhurluq gətirib. Amma mən teatrı sevirəm"

SSRİ xalq artisti Alisa Freyndlix: "Kino mənə məşhurluq gətirib. Amma mən teatrı sevirəm"
14:57 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ "Mən teatrı çox sevirəm. Baxmayaraq ki, kinoda çəkilmək mənə şöhrət gətirib. Amma əsl aktyora teatr daha əzizdir". "Report" xəbər verir bunu Georqiy Tavstonoqov adına Rusiya Böyük Dram Teatrının məşhur aktrisası, SSRİ xalq artisti Alisa Freyndlix Bakıda keçirilən mətbuat konfransında deyib.
"Heç təsadüfi deyil ki, mərhum Eldar Ryazanov filmlərinə teatr aktyorlarını dəvət edərdi. Bunu ona görə edirdi ki, teatrda hazır, bişmiş, püxtələşmiş aktyorlar olurlar. Kinoda çəkilmək aktyora əsəb gərginliyi gətirir. Çünki, filmin əvvəli axırda, axırı əvvəldə çəkilir. Yay səhnələri qışda, qış səhnələri yayda çəkilir. Kinonun "qayçılama" yəni montaj sistemi var. Bəzən ən yaxşı kadrlar filmə düşmür. Bu adama zövq vermir. Bəzən əsəb gərginliyi gətirir. Teatrda isə, tamaşanı əvvəldən sona ifa edirsən. İmprovizələr etmək olur. Teatr canlı sənətdir. Tamaşaçının nəfəsini duya bilirsən. Ona görə də, teatrı çox sevirəm", - o bildirib.
SSRİ xalq artisti ən sevimli rejissorunun adını açıqlayıb. Aktrisanın sözlərinə görə, bu rejissor İqor Vladimirovdur. Alisa Freyndlix deyib ki, "ən gözəl illərim onun tamaşalarında sevimli rolları ifa etməklə keçib."  

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/ssri-xalq-artisti-alisa-freyndlix-kino-mene-meshurluq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR