​İraqın şimalındakı muxtar hökumət müstəqilliklə bağlı referenduma hazırlaşır

15:02 21 Dekabr 2015
14 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" "al-jazeera" yə istinadən xəbər verir ki, bu haqda muxtar bölgədəki hakim Kürdüstan Demokrat Partiyasının məsul şəxslərindən olan Aras Haso Mirxan bildirib.
Məlumata görə, partiyanın ötən gün keçirilən toplantıda hökumətin başçısı Məsud Bərzani məsələ ilə bağlı təlimat verib.
Xəbərdə bildirilib ki, o, bölgədəki siyasi partiyalarla danışıqlar keçirəcək.
Qeyd edək ki, bu ilin mayında M.Bərzani ABŞ-a səfərində demişdi: "Nə zaman olacağını deyə bilmərəm, ancaq müstəqil Kürdüstan gəlir. Referendum keçirəcəyik. Ancaq indi İŞİD-ə qarşı mübarizə aparırıq. Ona görə də bunu təxirə saldıq".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-raqin-simalindaki-muxtar-hokumet-musteqillikle-bagli-referenduma-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR