"Useyn Boltla rəqabət aparmaq fikrim olmayıb"

"Useyn Boltla rəqabət aparmaq fikrim olmayıb"
15:05 21 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in almaniyalı yarımmüdafiəçisi Bastian Şvaynştayger onu tənqid edənlərə cavab verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu sürətinin az olmasını qəbul etsə də, bunu normal hesab edib.
"Media tərəfindən tənqidlər məni narahat etmir. Hazırda göstərdiyim oyun dünya çempionatındakı çıxışmla bənzərdir. Sürətdə Useyn Boltla rəqabət aparmaq fikrim olmayıb. Amma sürətli və ləng olmaq meydanda sprint qaçmaq üçün lazım deyil. Mən fiziki cəhətdən güclüyəm. Ən ləng futbolçu deyiləm. Mənim üçün önəmli üzümə deyilən sözlərdir. Bu il yaxşı keçdi, amma mükəmməl olmadı. "Mançester Yunayted"dəki performansım yaxşı idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR