Dolların qalxması metroda gediş haqlarına təsir edəcəkmi?

Dolların qalxması metroda gediş haqlarına təsir edəcəkmi?
15:05 21 Dekabr 2015
220 Digər
Ölkə mətbuatı
A- A+

Metroda gediş haqlarını Tarif Şurası müəyyən edir.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev dolların qalxmasının "Bakı Metropoliteni"ndə gediş haqlarına nə qədər təsir edəcəyi barədə suala cavab olaraq bildirib.

O qeyd edib ki, "Bakı Metropoliteni"ndə gediş haqları ilə bağlı dəqiq bir söz demək mümkün deyil:

"Ümumiyyətlə, "Bakı Metropoliteni"ndə gediş haqlarının qaldırılması müzakirə olunmur".

Qeyd edək ki, bu gün Mərkəzi Bank manatın üzən məzənnə siyasətinə keçdiyini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR