“Report” İnformasiya Agentliyinin əməkdaşı ADU-da təlim keçib

“Report” İnformasiya Agentliyinin əməkdaşı ADU-da təlim keçib
15:22 21 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) “ADU Jurnalistika klubu”nun növbəti təlimi keçirilib. Bu barədə “Report”a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Təlimi “Report” İnformasiya Agentliyinin (İA) əməkdaşı Orxan Əzim aparıb. O, “Fotojurnalistika, multimedia qaydaları, müharibə fotoqrafiyası”, o cümlədən “Müharibə fotoqrafiyası” və “Müharibə jurnalistikası” mövzularında çıxış edib. Orxan Əzim bu sahənin digərlərinə nisbətən daha vacib, çətin və məsuliyyətli olduğunu bildirib. O, multimedia qaydalarından danışan zaman Bakının “Sovetski” adlandırılan məhəlləsindən hazırladığı videonu təqdim edib və interaktiv formada keçirilən təlimdə “Multimedia nədir?”, “Onu necə hazırlamaq lazımdır?” sualları ətrafında tələbələrə məlumat verib.
Qeyd edək ki, Orxan Əzim “Report” İA-dan əvvəl Azərbaycan Dövlət Televiziyasında rejissor, ann.az xəbər portalında və “Kitabçı” jurnalında fotoreportyor çalışıb. BƏƏ-də və Sinqapurda keçirilən sərgidə öz fotolarını nümayiş etdirib, “Oda” teatrında “Köç” adlı ilk fərdi foto sərgisi təşkil olunub.



Xəbərin orijinal ünvanı: http://report.az/media/report-i-nformasiya-agentliyinin-emekdasi-adu-da-telim-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR