Yevlax rayonunun Ərəbbəsrə və Xanabad kəndlərinə təbii qaz verilib

Yevlax rayonunun Ərəbbəsrə və Xanabad kəndlərinə təbii qaz verilib
15:28 21 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 21 dekabr, AZƏRTAC
Yevlax rayonunun Ərəbbəsrə və Xanabad kəndlərinə təbii qaz verilib. 587 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 12050 metr müxtəlif diametrli polietilen və 37970 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsi, elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıblar.
Məlumat verilib ki, indiyədək Yevlax şəhəri və rayonun 49 kənd və qəsəbəsindən 42-sı “mavi yanacaq”la təmin olunub. Təkcə 2015-ci ilin əvvəlindən şəhərin 32-ci məhəlləsi, Yuxarı Qarxun, Aşağı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş, Havarlı, Quşçu, Əkşəm, Yuxarı Bucaq, Aşağı Bucaq və Qaraoğlan kəndləri qazlaşdırılıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yevlax_rayonunun_Arebbesre_ve_Xanabad_kendlerine_tebii_qaz_verilib-912942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR