Rusiyada azərbaycanlı avtoriteti öldürən tapıldı

Rusiyada azərbaycanlı avtoriteti öldürən tapıldı
15:31 21 Dekabr 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Varonej şəhərində Azərbaycandan olan kriminal avtoriteti gülləyən şəxsin kimliyi məlum olub.

ANS PRESS-in məlumatına görə, Varonejdə "Лесная сказка" (Meşə nağılı) adlı kafenin önündə 37 yaşlı avtoriteti qətlə yetirilən şəxs Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, avtoriteti onun həmyerlisi 32 yaşlı Xanlar adlı şəxs öldürüb. Hazırda bununla bağlı istintaq işləri aparılır, şahidlər dindirilir.

Hadisə dekabrın 10-da "Lenaya skazka" kafesində baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, avtoritet həmin kafedə naməlum bir şəxs tərəfindən açılan güllə nəticəsində öldürülüb.

Polis bölməsindən verilən məlumata görə, 37 yaşlı ölən şəxsin meyiti kafenin giriş hissəsində aşkar olunub.

Onun öz həmyerliləri arasında münaqişəsi olub. Onlarla mübahisəli məsələləri həll etmək üçün o, bu kafedə görüşüb. Ehtimal edilir ki, tərəflər razılığa gələ bilmədiyindən onu öldürüblər.
Şahidlərin sözlərinə görə, onu öldürən şəxslər xarici maşına minərək ərazidən uzaqlaşıblar.

Alınan məlumata görə, avtoritet özü Moskvada yaşasa da, onun Varonejdə qohumları olub.


Rusiya, Varonej şəhəri








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR