Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edildi

Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edildi
15:34 21 Dekabr 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb

 

Bakının Nardaran qəsəbəsində daha bir nəfər saxlanılıb. Lent.az-ın “Report”a istinadən xəbərinə görə, Nardaran Ağsaqqallar Şurasının üzvü, 63 yaşlı Seyidəli Ağayev polis əməkdaşları tərəfindən tutulub.

Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə cinayət işi başlanılıb, S.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR