"Real Madrid" qonağını məhv etdi (VİDEO,FOTO)

"Real Madrid" qonağını məhv etdi (VİDEO,FOTO)
15:36 21 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya çempionatında “Real Madrid” doğma meydanında qonağın qapısına 10 top vurub.

ANS PRESS-in məlumatına görə, ev sahibi “Rayo Valyekano”nu meydana çıxmağa peşman edib.

Belə ki, matçda qonaqların 2:1 önə keçməsi ev sahiblərinin qəzəbinə səbəb olub. “Real” 10 top vuraraq 3 xal qazanıb. Oyunun baş hakimi "Rayo Valyekano"ya "ölüm hökmü" edərək 2 futbolçusunu meydandan qovub.


Baş hakim Raul Baenaya qırmızı kart verir

"Real Madrid" - "Rayo Valyekano" - 10:2
Qollar: Danilo, 3 (1:0), Antonio Amaya, 10 (1:1), Jozabed, 12 (1:2), Qaret Beyl, 25 (2:2), Kriştiano Ronaldo, 30-pen (3:2), Qaret Beyl, 42 (4:2), Kərim Benzema, 48 (5:2), Kriştiano Ronaldo, 54 (6:2), Qaret Beyl, 61 (7:2), 70, (8:2), Kərim Benzema, 80 (9:2), 90 (10:2)

Qırmızı vərəqələr: Tito, 15 ("Rayo Valyekano"), Joze Raul Baena, 29 ("Rayo Valyekano")

"Real Madrid" İspaniya çempionatında 16-cı turdan sonra 33 xalla 3-cü pillədədir. "Kral" klubu ötən tur "Vilyareal" (1-0) klubuna məğlub olub. Növbəti turda "Real" öz meydanında "Real Sosyedat" ilə qarşılaşacaq.


"Real Madrid" - "Rayo Valyekano" 10:2


"Real Madrid"in 16-cı turdan sonra turnir cədvəlindəki vəziyyəti.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR