Rusiya Bakı və Yerevanın Dağlıq Qarabağ üzrə konkret dialoqa başlayacağına ümid edir

15:43 21 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri üzrə konkret dialoqa başlaya biləcəklərinə ümid edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

O bildirib: "Biz hamımız ümid edirik ki, tərəflər tənzimlənmənin prinsipləri üzrə konkret dialoqa başlayacaqlar".

A.Lukaşeviç qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilmiş görüşü münaqişənin həlli üçün əhəmiyyətli irəliləyişdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2472099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR