Pərviz Mahmudov: "Qadağa qoyacam"

Pərviz Mahmudov: "Qadağa qoyacam"
15:47 21 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

"Bizim müğənnilər lazımi məsələlərdə inkişafdan qalıblar. Danışanda dünya ulduzlarından misal çəkirlər. Bir az da qanun-qayda öyrənsələr, yaxşı olar".

Bu sözləri axşam.az-a açıqlamasında müğənni-bəstəkar Pərviz Mahmudov deyib. O, ifaçılara onun mahnılarını oxumağa qadağa qoyacağını bildirib:

"Bəstələrin sahibi müəllifidir. Müğənni sadəcə onu ifa edir, pul qazanır və bu mahnılarla özünə şöhrət gətirir. Mahnıya böyüklük etmək haqqı yoxdur. Əgər bəstəyə qonorar ödəyirsə, qarşılığında ondan istifadə edir və oxuyur. Bir neçə dəfə efirlərdə rastlaşmışam ki, ifaçı deyir: "Filankəs mənim halallığımı almadan mahnımı oxuyub. Halallıq vermirəm".

Hansı haqla? Sənin qanun-qaydadan xəbərin var? Müəllif sənin özünə qadağa qoya bilər. Yaxın Türkiyəyə nəzər salın. Bir mahnını bir neçə müğənni ifa edir. Hərəsi də müəllifə ayrı-ayrı pul ödəyir. Çünki ifaçı həmin bəstədən pul qazanır. Mən öz bəstələrimin yiyəsiyəm. Əgər mənim bəstəm haqqında hansısa müğənni belə danışarsa, onun özünə qadağa qoyacam".

Qeyd edək ki, P.Mahmudov Aygün Kazımova, Röya, Günay İbrahimli, Sevda Yahyayeva kimi müğənnilərlə çalışıb. O, "Son görüş", "Bəlkə də", "Səndən öncə, səndən sonra", "O zaman", "Sənsiz" kimi mahnıların müəllifidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/391943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR