Horadiz tikiş fabrikində keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılıb

Horadiz tikiş fabrikində keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılıb
15:48 21 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 21 dekabr, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da sahibkarlığın inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Horadiz şəhərində fəaliyyət göstərən tikiş fabriki ötən il avqustun 28-də Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı istifadəyə verilib. Burada müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır.
Fabrikin direktoru Şirvan Səfərov bildirib ki, hazırda 15 nəfərin işlə təmin olunduğu müəssisə sifariş əsasında fəaliyyət göstərir. Fabrikdə yataq dəstləri, qadın geyimləri, kişi və uşaq şalvarları, həmçinin məktəbli dəstləri istehsal olunur. Məhsullar əsasən daxili bazara yönəldilir.
Ş.Səfərov deyir ki, sifarişlər çox olarsa, müəssisənin illik dövriyyəsini 2 milyon manata, işçilərin sayını isə 100 nəfərə çatdırmaq mümkündür. Fabrikdə hərbçi geyimlərinin və hamam dəstlərinin istehsalı üçün də müasir texnika və dəzgahlar, həmçinin təcrübəli işçilər var.
Tikiş fabrikinin təyinatına uyğun tam gücü ilə işləməsi üçün fabrikə sifarişlər verilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciətlər edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Horadiz_tikis_fabrikinde_keyfiyyetli_mehsul_istehsali_uchun_her_cur_serait_yaradilib-912946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR