"Kəpəz" Premyer Liqadakı bütün klubları qabaqladı

Topaz Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını 246 min 476 tamaşaçı izləyib. 90 qarşılaşmada orta tamaşaçı sayı 2739-a bərabər olub. Ümumi azarkeş sayının təxminən yarısı – 120 mini “Kəpəz”in ev oyunlarına təsadüf edib.

Evdə 8 matç keçirən qərblilərin orta göstəricisi 15 minə bərabərdir. Ümumiyyətlə, mövsümün ən çox azarkeş toplayan 8 matçının hamısı “Kəpəz”in meydanında baş tutub. V turun “Qarabağ”la oyununu 20 min, VII turun “Sumqayıt” və IX turun “Xəzər Lənkəran”la görüşlərini 18 min tamaşaçı seyr edib. Azarkeş sayında “Xəzər Lənkəran” 2-ci, “Neftçi” 3-cüdür. Son üç pillədə isə paytaxt təmsilçiləri AZAL, “Rəvan”“İnter” qərarlaşıb. Mövsümün antirekordu V turun AZAL – “İnter” oyununda qeydə alınıb – 100 tamaşaçı.

KlubÜmumi azarkeş sayıOyunlarOrta azarkeş sayı
1.Kəpəz120000815000
2.Xəzər Lənkəran4820095356
3.Neftçi1450091611
4.Qarabağ1303091448
5.Qəbələ13650101365
6.Sumqayıt1161091290
7.Zirə980091089
8.İnter70509783
9.Rəvan55309614
10.AZAL31069345
Cəmi246476902739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR