​Rusiyada dövlət məmurlarının sayı 10 faiz ixtisar ediləck

​Rusiyada dövlət məmurlarının sayı 10 faiz ixtisar ediləck
15:52 21 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev dövlət məmurlarının sayının 10 faiz ixtisar edilməsi ilə bağlı qərarı imzalayıb.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Sənədin icrası baş nazirin müavini Sergey Prixodkoya tapşırılıb.
"Çətin qlobal mühitin şərtləri daxilində, biznesin və insanlarımızın tələbatının ödənilməsi üçün büdcənin sadə olmayan vəziyyətində səmərəli fəaliyyət göstərmək vacibdir. Bizə yığcam administrasiya lazımdır. Biz bu haqda həmişə, hətta, böhranın təsirindən kənar danışanda da demişik. İdarəetmə aparatının elastiklik qabiliyyəti var. Əgər onun ölçüsünə nəzarət edilməzsə, obyektiv səbəblərdən, o, genişlənəcək", - Dmitri Medvedev məsələ ilə bağlı keçirdiyi müşavirədə bildirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyada-dovlet-memurlarinin-sayi-10-faiz-ixtisar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR