Güləşçilərimiz Kaspiyskdən 1 gümüş və 1 bürünc medalla qayıdırlar

Dağıstan Respublikasının Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçirilib.

Məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.

76 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza 42 kq çəki dərəcəsində turnirdə iştirak edən Tural Əsgərov qazanıb. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR