Şəhriyar Məmmədyarov "Qatar Masters Open 2015" turnirində iştirak edir

Dekabrın 20-də Qətərin Doha şəhərində “Qatar Masters 2015” beynəlxalq şahmat turniri start götürüb.

Turnirdə 30 ölkədən, təmsilçimiz Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər. Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.

Birinci turda Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Natalia Jukova üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazmağa müvəffəq olub. 2-ci turda həmyerlimizin rəqibi Sinqapur şahmatçısı Jonq Janq olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR