​Türkiyə-İsrail: "One minute" başa çatır

​Türkiyə-İsrail: "One minute" başa çatır
16:02 21 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Orta Şərqdə bir-biri ilə normal münasibətdə olan iki dövlət tapmaq çətindir. Hətta ərəb dövlətləri arasında da əlaqələr bu səviyyədə deyil. Əks halda, Suriya və İraqda söz sahibi onlar ola bilərdi.
Bununla belə, Orta Şərqdə baş verən hadisələr fonunda 5 ildən sonra Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar yaxşı hal sayıla bilər. Başqa sözlə, nə yaxşı ki, bu münasibətlərin pozulması silahlı münaqişə və başqa bu sayaq məsələlərlə müşayiət olunmadan danışıqlar yolu ilə tənzimlənməkdədir.
Tərəflər arasında pozulan münasibətlərin bərpasını əks etdirən məsələlərə dair rəsmi imzalanma olmasa da, hadisələrin buna doğru inkişaf etdiyini demək mümkündür.
İki ölkə arasında münasibətlərin pozulması 2010-cu ildə olsa da, onun təməli bir il öncə, 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən tədbirdə qoyulub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail dövlətinin prezidenti Şimon Peresi fələstinlilərin haqqına münasibətdə obyektiv olmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək sözünü kəşmişdi.
Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşandı. Münasibətlərdə ziddiyyətin zirvəsi 2010-cu il mayın 31-də oldu. Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 vətəndaşı həyatını itirdi və s.
Ancaq münasibətlərin kəskinləşməsinin əsas səbəbi heç də bu deyildi. Bu hadisələrdən öncə Türkiyə İsraili terrorçu PKK-ya informasiya əldə etmək üçün avadanlıq və bu kimi qurğuları verməkdə, hətta məlumat ötürməkdə suçladı. Əks tərəf də Türkiyəni "Həmas"la əlaqə saxlamaqda günahlandırmağa başladı.
Münasibətlərin bərpası üçün Türkiyə tərəfi 3 şərt irəli sürdü. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərin normallaşması üçün həmin şərtləri yenidən təkrar edib: "Biz onların üzr istəmələrini istədik. Onlar bunu etdilər. Biz onlardan hadisə ilə bağlı kompensasiya ödəmələrini istəmişik, bunu hələ verməyiblər. Bir də biz Fələstinə qoyulan embarqonun götürülməsini istəmişik, bunu da yerinə yetirməyiblər. Prosesin normallaşması bütövlükdə regiona, o cümlədən bizə, İsrail və Fələstinə faydalı olacaq. Bölgəmizin buna ehtiyacı var. Sülhün tez gəlməsi üçün buradakı xalqların maraqlarını fikirləşmək lazımdır".
Yeni razılaşmaya əsasən, İsrail tərəfi “Mavi Mərmərə” gəmisində öldürülən bütün şəxslərin ailələrinə kompensasiya ödəyəcək. Bu məqsədlə Türkiyə tərəfinə 20 milyon dollar vəsait köçürüləcək.
Bunun qarşılığında Türkiyə İsrailə qarşı beynəlxalq məhkəmələrə göndərdiyi müraciətlərdən imtina edəcək, "Həmas" təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq.
Yeri gəlmişkən, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu "Həmas"ın Siyasi Bürosunun baş katibi Xalid Məşəli Çankaya köşkündə qəbul edib. Onlar arasındakı görüş 2,5 saat davam edib.
Görüşdə Türkiyə-İsrail münasibətlərinin normallaşması fonunda Fələstin məsələsi, eləcə də "Həmas"ın fəaliyyətinin müzakirə edildiyi istisna olunmur.
Rəsmi Ankara ilə Tel-Əviv arasında danışıqların getdiyi haqda əvvəllər də məlumatlar yayılırdı. Ancaq Türkiyə sərhədini pozan Rusiya təyyarəsi vurulduqdan sonra iki dövlət arasında yaranan gərginlik İsrail-Türkiyə münasibətlərinin bərpası haqda danışıqlar prosesinin qabarmasına səbəb oldu.
İran-Rusiya ittifaqının Türkiyəyə qarşı "təbii qaz silahı"ndan istifadə edəcəyi ehtimalı tərəflərin danışıqlar prosesini sürətləndirməsinə təkan verdi.
Heç şübhəsiz, dünyada bir çox siyasi-iqtisadi hadisələrin neft və təbii qazla birbaşa əlaqədar olması kimsəyə sirr deyil.
Bu baxımdan, Türkiyə ilə İsrail arasında da bu istiqamətdə danışıqların başladığı haqda məlumatlar yayılmaqdadır.
Məlumatlara əsasən, əgər tərəflər arasında münasibətlər normallaşarsa, o zaman yəhudi dövlətinin təbii qazının 25 illiyə türk dövlətinə nəqli ilə bağlı müqavilə imzalanacaq. Bu isə ölkənin bu yanacağa olan tələbatının 21 faizini ödəyəcək. İsraildən ixrac edilən illik təbii qazın həcmi 30 milyard kubmetr olacaq. 2016-cı ildə ölkələr arasında müqavilə imzalanarsa, o zaman 2019-cu uldə Türkiyə yəhudi dövlətinin hasil etdiyi "mavi yanacaq"dan istifadə edəcək. Hazırda Türkiyə təbii qazı Rusiyadan təxminən 420 dollar, İrandan 500 dollar, Azərbaycandan isə 340 dollara alır. Müqavilə həyata keçəcəyi təqdirdə, Türkiyə İsrailin təbii qazını 199 dollara ala bilər.
İki ölkə arasında çəkiləcək 550 kilometrlik təbii qaz kəmərinin 2,5 - 3 milyard dollara başa gələcəyi proqnozlaşdırılır. Bundan başqa, İsrailin "mavi yanacağ"ı Türkiyə ərazisindən TANAP vasitəsilə Avropaya da nəql edilə bilər.
Türkiyə rəsmiləri İsraillə münasibətlərin bərpasına dair yekun qərarın qəbul edilmədiyini bildirsələr də, hadisələrin bu istiqamətdə inkişaf edən xətt üzrə davam edəcəyini söyləməyə əsas verir.
Heç şübhəsiz, həm Türkiyədə, həm də İsraildə bu əlaqələrin bərpasının tərəfdarları az deyil. İsrail müxalifəti münasibətləri iki il öncə bərpa etmədiyi üçün öz ölkəsinin hökumətini tənqid edib. Elə Türkiyədə də müxalifət bu əlaqələrin yenidən qurulmasına müsbət baxdığını bildirib.
Baş verənlərə əsasən, Ankara - Tel-Əviv yaxınlaşmasından aşağıdakı nəticələri gözləmək olar:
- Bölgədə demokratik inkişaf yolunu tutan iki dövlətin yaxınlaşması Orta Şərqdə bu prosesin (demokratikləşmənin) sürətlənməsinə müsbət təsir göstərə bilər:
- Türkiyə regionda ərəb olmayan daha bir dövlətlə münasibətləri normallaşdırmaqla bölgədəki problemlərin həllində vasitəçi olmaq imkanı qazanar;
- Rəsmi Ankara Rusiya-İran ittifaqı qarşısında müqavimət göstərmək üçün əlavə imkan əldə edər;
- Türk dövləti Rusiya və İranın təbii qazla hədələrindən yayına bilər;
- Türkiyənin istehsal etdiyi mallar və ölkəyə turist axını üçün itirdiyi bazar bərpa olunar;
- Tərəflər bölgədə terrorçuluğa qarşı birgə fəaliyyət göstərə bilər;
- Türkiyə Avropa üçün Rusiya təbii qazından asılılığını azaltmaq məqsədilə etibarlı tranzit ölkə rolunda çıxış etmək imkanı qazanar;
- İsrail bölgədə ərəb olmayan 3 dövlətdən biri (Türkiyə, İran və İsrail ərəb dilli dövlətlər deyil) ilə münasibətləri normallaşdıraraq təhlükəsizliyinin təmininə yardım əldə edə bilər;
- Yəhudi dövləti Türkiyənin simasında etibarlı dövlət vasitəsilə təbii qazını Avropaya nəql etmək imkanı qazanar;
- İsrail İranın hədələri qarşılığında Türkiyənin diplomatik yardımlarından faydalanar;
- İsrailin bölgədə müttəfiqi yoxdur. Bu baxımdan Türkiyənin simasında həmin müttəfiqliyi bərpa edə bilər;
- İki dövlətin yaxınlaşması bölgədəki bir sıra oyunların ssenarisini poza bilər və s.
Beləliklə, Türkiyə-İsrail münasibətlərində 5 illik "one minute" pauzası başa çatır. Baş verənlər hər iki tərəfi durduqları nöqtədən irəli getməyə məcbur edir. Bu baxımdan iki dövlətin yaxınlaşmasının bölgədəki gərginliyin azalmasına da yardım edə biləcəyi gözlənilir. Yerində sayıb, inadkarlıq etmək isə siyasətdə daha ağır hadisələrlə nəticələnir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42

Göygöldə qəza: xəsarət alan var

19 Sentyabr 2017 20:39

Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq -

19 Sentyabr 2017 20:38

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

19 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olunub

19 Sentyabr 2017 20:30

Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

19 Sentyabr 2017 20:27

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib

19 Sentyabr 2017 20:22

ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”

19 Sentyabr 2017 20:18

ABŞ prezidenti -

19 Sentyabr 2017 20:16

Prezident İlham Əliyev və xanımı müzakirələrin açılış mərasimində iştirak ediblər

19 Sentyabr 2017 20:14

Moldova hökuməti ölkə prezidentindən Konstitusiya Məhkəməsinə şikayət edəcək

19 Sentyabr 2017 20:12

Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

19 Sentyabr 2017 20:03

Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək

19 Sentyabr 2017 20:02

VİDEO: Günəş enerjisi ilə yaşayan uşaqlar -

19 Sentyabr 2017 20:00

Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

19 Sentyabr 2017 19:57

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:53

Azərbaycanda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

19 Sentyabr 2017 19:52

Bu azərbaycanlı bütün dünyada axtarılır

19 Sentyabr 2017 19:50

Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi

19 Sentyabr 2017 19:48

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

19 Sentyabr 2017 19:39

VİDEO: Narkotik vasitə və spirtli içki verib Allaha qurban etdilər -

19 Sentyabr 2017 19:38

Biləsuvarda fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var

19 Sentyabr 2017 19:37