"Kapital Bank"ın "Mərkəz" filialı müasir dizaynda

"Kapital Bank"ın "Mərkəz" filialı müasir dizaynda
16:08 21 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
"Kapital Bank"ın müasir dizaynda əsaslı təmir olunmuş "Mərkəz" filialının açılışı olub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu, 2015-ci ildə yeni konseptdə təmir olunmuş sayca altıncı filialdır. Filialda müştərilərə kassa hesablaşma əməliyyatları, plastik kartların sifarişi, kredit və depozit əməliyyatları, kommunal ödənişlər daxil olmaqla bütün bank xidmətləri göstərilir.
Müştərilərin bank xidmətlərindən rahat istifadə etmələri məqsədilə filialda sensor ekranla təchiz edilmiş elektron növbəlilik aparatı və növbə haqqında məlumatların əks edildiyi monitorlar quraşdırılıb. Geniş bank xidmətlərinin təklif olunduğu filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunub. Korporativ müştərilərə fərdi yanaşma təklif olunaraq, onlara ayrı əməliyyat zalında fərdi xidmət göstəriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR