Azad Suriya Ordusunun komandanı: "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı"

Azad Suriya Ordusunun komandanı: "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı"
16:12 21 Dekabr 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Azad Suriya Ordusunun (ASO) Baş Qərargahının rəisi, briqada generalı Əhməd Xalid Barri deyib.
Onun sözlərinə görə, Suriyanın təyyarələri İŞİD-i vurmaq yerinə, Azad Suriya Ordusunun mövqelərini bombalayır: "Rusiyanın dəstəyi olmasaydı, Bəşşar Əsəd rejimi üç aya çökərdi".
Qeyd edək ki, ötən gün Rusiya təyyarələrinin Suriyanın İdlib şəhərində yaşayış yerini bombalaması nəticəsində 40 dinc sakin həyatını itirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/azad-suriya-ordusunun-komandani-rusiyanin-mudaxile-etmesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR