Taliban hərəkatı Gilmənd vilayətində strateji rayonu nəzarətə götürüb

Taliban hərəkatı Gilmənd vilayətində strateji rayonu nəzarətə götürüb
16:28 21 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Taliban hərəkatı dekabrın 21-ə keçən gecə Əfqanıstanın cənubunda yerləşən Gilmənd vilayətindəki Sangin rayonunu nəzarət altına alıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət qüvvələri ilə baş verən şiddətli döyüşlərdən sonra Taliban yaraqlıları rayonun mərkəzindəki hökumət binasını ələ keçiriblər.
Dekabrın 21-də Əfqanıstanın Baş naziri Abdullah Abdullah Gilmənd vilayətində yaranan vəziyyəti müzakirə etmək üçün ölkənin təhlükəsizlik xidmətinin rəhbərləri ilə təcili yığıncaq keçirib.
Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Ölkənin bəzi kənd rayonlarında xeyli ərazini ələ keçirən Taliban hərəkatı böyük şəhərlər istiqamətində hücumlarını genişləndirir. Sentyabrın sonlarında Əfqanıstanın şimalında 300 min nəfər əhalisi olan Qunduz şəhərinin nəzarətinə yiyələnən yaraqlılar hazırda paytaxt Kabilin cənub-qərbində yerləşən Qəzni şəhərinə doğru irəliləyirlər.
Bu arada TASS informasiya agentliyi ABŞ-Əfqanıstan müştərək patruluna hücum olunduğu barədə informasiya yayıb. Yerli hökumətin məlumatına görə, kamikadzenin Baqram aviabazası yaxınlığında həyata keçirdiyi hücum nəticəsində beynəlxalq koalisiyanın 6 hərbçisi öldürülüb, altı nəfər isə yaralanıb. Onların hansı ölkənin vətəndaşları olduğu bildirilmir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taliban_herekati_Gilmend_vilayetinde_strateji_rayonu_nezarete_goturub-912962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR