Ağdamın “Qarabağ” komandası Təbrizin “Traktor Sazi” klubu ilə qarşılaşacaq

Ağdamın “Qarabağ” komandası Təbrizin “Traktor Sazi” klubu ilə qarşılaşacaq
16:48 21 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı rəqiblər bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində üç yoxlama oyununda qüvvəsini sınayacaq. “Qarabağ” yanvarın 21-də Təbrizin “Traktor Sazi” klubu ilə qarşılaşacaq. Yanvarın 23-də isə komandamız iki görüş keçirəcək. Əvvəlcə Türkmənistan çempionu “Altın Asır”la qarşılaşacaq Qurban Qurbanovun kollektivi daha sonra Polşanın “Yaqelloniya” klubu ilə üz-üzə gələcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdamin_Qarabag_komandasi_Tebrizin_Traktor_Sazi_klubu_ile_qarsilasacaq-912968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR