​Azərbaycan spirtli içki idxalını 31% azaldıb

16:52 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2015-ci ilin ilk 11 ayında 24 694,36 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 5 360,53 min ABŞ dolları yaxud 17,84% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib.
Komitədən bildirilib ki, təhlil olunan dövrdə Azərbaycana ümumilikdə 45 076,31 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 431,57 min ABŞ dolları və ya 31,19% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,55% təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-spirtli-icki-idxalini-31-azaldib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR