Zərdab sakininin başı kəsilib

Zərdab sakininin başı kəsilib
13:32 30 Dekabr 2014
198 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 13:27 ]

Zərdab. Zahid Abışov - APA. Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb.

Rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

 

Məlumata görə, R. Zeynalov dünən axşam saatlarında yoxa çıxıb.

 

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil.

 

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR