Macarıstanda “Şuşa” tematik təqvimi hazırlanıb

Macarıstanda “Şuşa” tematik təqvimi hazırlanıb
16:58 21 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Budapeşt, 21 dekabr, AZƏRTAC 
Azərbaycanın Macarıstandakı səfirliyi ölkəmizlə bağlı reallıqların, xüsusən işğal olunmuş Azərbaycan ərazilərinə dair həqiqətlərin, erməni separatçılarının xalqımıza qarşı törətdikləri cinayətlərin macar ictimaiyyətinə və ölkədə fəaliyyət göstərən beynəlxalq qurumlara çatdırılması üçün müxtəlif vasitələrdən istifadə edir. Bu sahədə daha əyani təsəvvür və təəssürat yaratmaq üçün çap siyasətinə daha böyük üstünlük verilir.
Yeni il ərəfəsində səfirliyin təşəbbüsü ilə hazırlanıb çap olunan 2016-cı il üçün “Şuşa” tematik təqvimi də həmin məqsədə xidmət edir. Təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğaldan sonrakı dövrünü əks etdirən fotolardan istifadə olunub. Haqlı olaraq “Qafqazın konservatoriyası” adını qazanan abad və gözəl, tarix və ənənələr baxımından zəngin Şuşa şəhəri ilə erməni vandallarının xarabazarlığa çevirdikləri qorxunc daş qalaqlarından ibarət müasir Şuşanın müqayisəsi xalqımıza və bütünlükdə tarixə, mədəniyyətə, insanlığa qarşı işlənmiş cinayətin miqyası və amansızlığı haqqında aydın təsəvvür yaradır.
Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev təqvimə şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barədə qısa məlumat da daxil edib.
“Şuşa” təqvimi Budapeştdə akkreditə olunmuş diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb. Nəşrin bir hissəsi isə 2013-cü ildə Şuşa ilə qardaşlaşmış Döndöş şəhərinə göndərilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Macaristanda_Susa_tematik_teqvimi_hazirlanib-912977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR