Bakıda evlər daha da ucuzlaşacaq - SƏBƏB

Bakıda evlər daha da ucuzlaşacaq - SƏBƏB
17:17 21 Dekabr 2015
144 Digər
Ölkə mətbuatı
A- A+

Manatın devalvasiyasından asılı olmayaraq, Bakının daşınmaz əmlak bazarında qiymətlər azalmaqda davam edəcək.

Bunu Trend-ə "Koneko" qiymətləndirmə şirkətinin baş mütəxəssisi Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bazarın reaksiyasını proqnozlaşdırmaq çətindir: "Lakin ehtimal etmək olar ki, bazarın iştirakçıları daşınmaz əmlaklarını manatda əvvəlkindən fərqli olaraq daha yüksək qiymətdə təklif edəcəklər, dollarda qiymətlər isə sabit qalacaq. Bununla yanaşı, bazara marağın azalmasını nəzərə alsaq, 2016-cı ildə də daşınmaz əmlakın qiymətlərinin azalması tempi qalacaq".

V.Oruc bildirib: "Unutmaq olmaz ki, əhalinin bir hissəsinin kredit borcları var. Buna görə də manatın məzənnəsinin artımı ailənin büdcəsinə birbaşa təsir edəcək ki, bu da daşınmaz əmlakın alışı məsələsini arxa plana keçirir".

Baş mütəxəssis diqqətə çatdırıb ki, yaxın vaxtlarda bazarda daşınmaz əmlakın qiyməti məsələsində qeyri-müəyyənlik qalacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR