ATU-da Gəncənin ingilis dili müəllimləri üçün seminar təşkil olunub

17:18 21 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində (ATU) Gəncə şəhərində fəaliyyət göstərən ali və ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün seminar təşkil olunub.

Trend-in məlumatına görə, seminar ATU-nun rektoru professor Akif Süleymanovun təşəbbüsü ilə bu ali təhsil ocağında tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramı çərçivəsində baş tutub. “Fəal-interaktiv təlim metodu ilə oxuma, danışma və dinləmənin öyrədilməsi” mövzusunda keçirilən seminarda təlimçi qismində əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərminə Əliyeva çıxış edib.

Əsasən ümumtəhsil məktəblərində ingilis dili fənnini tədris edən müəllimlərin qatıldığı seminarda eyni zamanda ATU-nun və Gəncədəki digər universitetlərin pedaqoqları da iştirak edib. Təlimçi Nərminə Əliyeva seminar iştirakçılarına fəal-interaktiv təlim metodları, onların xüsusiyyətləri, istiqamətləri və bu biliklərin ingilis dili fənninin tədrisi prosesində tətbiqi barədə nəzəri və praktik məlumatlar verib.

Seminarda mövzu ilə bağlı geniş müzakirələr təşkil olunub, müxtəlif səpkili suallar təlimçi tərəfindən cavablandırılıb. Eyni zamanda mövzuya aid praktik tapşırıqların həlli aparılıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR