Azərbaycan və Monqolustan mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Monqolustan mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər
17:28 21 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Bakıda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov “Mongolian Airlines” (MIAT) aviaşirkətinin prezidenti və baş icraçı direktoru Tamir Tumurbaatarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Monqolustan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq, eləcə də sərnişin və yük daşımalarının artırılması haqqında uzunmüddətli planlar müzakirə olunub.
Həmçinin, qeyd edilib ki, mülki aviasiya sahəsində yaradılmış infrastruktur, eləcə də ərazisindən "Böyük İpək Yolu" keçən Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin üzərindən malların Avropa və Sakit Okean hövzəsi ölkələrinə daşınması üçün yaxşı imkanlar yaradır.
Danışıqların nəticəsində AZAL və MIAT nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə qərar qəbul edilib. Əməkdaşlıq perspektivləri ilə bağlı konkret təkliflərin müzakirə olunması üçün qrupun ilk iclası gələn il Ulan-Batorda keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Monqolustan_mulki_aviasiya_sahesinde_emekdasligin_perspektivlerini_muzakire_edibler-912991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR