Reper niyə "Cin" oldu?

Reper niyə "Cin" oldu?
17:32 21 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Keçmiş reper Ceyhun Zeynalov radiolardan birində qonaq olub.

Milli.Az xəbər verir ki, "Cin" adı ilə məşhur olan keçmiş reper Ceyhun Zeynalov öz ləqəbinin haradan yaranması barədə danışıb. 

Milli.Az xəbər verir ki, 107.7 radiosunda qonaq olan "Cin" uşaq vaxtından çox dəcəl olduğunu deyib: 

"Uşaq vaxtından məhlədə hər kəsin öz ləqəbi var idi, o cümlədən də mənim. O vaxtlar dəcəl olduğum üçün harada hansı hadisə olurdusa, orada da mən var idim. 

Cin kimi buradan itib, o biri tərəfdən çıxırdım. Çox diribaş idim. Elə həmin vaxtlardan da ləqəbim belə qaldı: "Cin". 

Ceyhun Zeynalov yeni təqdim edəcəyi "Benimle evlenirmisin" mahnısından bir-iki bənd də oxuyub. O, bu mahnını hər kəsin sevəcəyini də vurğulayıb. 

Ceyhun Ələkbərov

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/391976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR