SSRİ-də doğulan azərbaycanlılar Rusiya vətəndaşı ola bilər

SSRİ-də doğulan azərbaycanlılar Rusiya vətəndaşı ola bilər
17:41 21 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Keçmiş SSRİ-də doğulanlar Rusiya vətəndaşlığı ala bilər. Bu barədə açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. O, qeyd edib ki, keçmiş SSRİ-də doğulan insanlara Rusiya vətəndaşlığı verilə biləcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Lavrov jurnalistlərə açıqlamasında keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığı alma qaydalarını sadələşdirmək lazım olduğunu qeyd edib.

"Rusiya imperiyası və SSRİ-də doğulmuş şəxslərə, habelə onların övladlarına Rusiya vətəndaşlığı verilməsi təşəbbüsünü prezident Vladimir Putin də dəstəkləyib. Ancaq bir mərhələdə Dövlət Dumasında bürokratalar
yalnız RSFSR-də (Rusiya Sovet Federativ Sosialist Respublikası) doğulanlara Rusiya vətəndaşlığı verilməli olduğuna qərar verdilər. Biz hələ də bu istiqamətdə iş aparırıq və əminəm ki, biz bu sənədin qəbuluna nail olacağıq. Bu düzgün deyil"


Keçmiş SSRi ölkələri və onların əhalisi

Rusiyanın Federal miqrasiya xidmətinin rəis müavini Yekaterina Yeqorova bildirib ki, dövlət proqramı çərçivəsində təsdiq oluna bilən bu layihə Rusiyaya gələn vətəndaşların sayında artımın müşahidə olunması ilə nəticələnə bilər. Belə ki, 141 milyon əhalisi olan Rusiyaya hər il minlərlə insan gəlir.


Müxtəlif illərdə Rusiyaya köçürülən insanlar

Hələlik keçmiş SSRİ ölkələrinin Lavrovun bu təklifinə necə reaksiya verəcəkləri bəlli deyil. Amma görünüşə görə, bu heç də bütün keçmiş sovet ölkələrinin ürəyincə deyil. Onlardan biri də Azərbaycandır.

Keçmiş dövlət müşaviri Qabil Hüseynli deyir ki, SSRİ-də doğulanlara Rusiya vətəndaşlığının verilməsi Rusiyanın ölkələri əsarət altına salmaq istəyindən başqa bir şey deyil: "İstiqlaliyyat qazanmış xalqlara indi Rusiya vətəndaşlığı vermək, onu təsir altına salmaq deməkdir. Həm də, bununla onlar demək istəyəcəklər ki, bizim vətəndaşlar dünyanın bütün ölkələrində yaşayır. Belə bir planın tətbiq olunması Azərbaycan, eləcə də, digər keçmiş SSRi-i xalqlarının demoqrafik vəziyyətinə mənfi təsir edə bilər".


Qabil Hüseynli - keçmiş dövlət müşaviri


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR