Bakının Mikayıl Əliyev küçəsində təmir işləri yekunlaşıb VİDEO

Bakının Mikayıl Əliyev küçəsində təmir işləri yekunlaşıb   VİDEO
17:43 21 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Bakının Nizami rayonu ərazisindəki Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin eni isə 20 metrdir.
Təmir-tikinti işlərini həyata keçirən “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin ərazidə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən uzunluğu 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub, zəruri yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Yolun kənarına 3 min paqonmetrə yaxın səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə sözügedən ərazinin 2 qat olmaqla 30 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə yolun 4-5 metr genişləndirilməsi işləri də aparılıb.
Mikayıl Əliyev küçəsinin sözügedən hissəsində aparılan kompleks tədbirlər çərçivəsində yol boyu işıqlandırma sistemi yenilənib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Məlumatda həmçinin qeyd olunub ki, bir müddət öncə Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi də təmir edilərək sürücülərin istifadəsinə verilib. Həmin hissənin uzunluğu isə 1375 metr, eni 26,5 metrdir. İkiqat olmaqla küçənin 36 min 500 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, yol boyu müasir işıqlandırma sistemi qurulub, hər iki istiqamət üzrə yeni işıq dirəkləri quraşdırılıb
Sözügedən ərazidə də Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni yağış-kanalızasiya sistemi, hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub və 2700 paqonmetr yeni səki daşları düzülüb.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Mikayil_Aliyev_kuchesinde_temir_isleri_yekunlasib_VIDEO-912999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR