“Mersedes” gələn il “Formula-1”də iştirak üçün rekord məbləğ ödəyəcək

“Mersedes” gələn il “Formula-1”də iştirak üçün rekord məbləğ ödəyəcək
18:03 21 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
“Mersedes” komandasının növbəti mövsüm üçün “Formula-1”də iştirak məbləği rekord miqdarda olacaq.
AZƏRTAC xəbər verir ki, qaydalara görə, hər bir komanda qazanılan hər bir xal müqabilində 6194 dollar ödəməlidir. Ümumi məbləğ isə 516 min 128 dollar təşkil edən baza məbləğinə əlavə olunur. Bunun da nəticəsində “Mersedes” komandasının iştirak məbləği 4 milyon 870 min 510 dollar təşkil edəcək.
Komandanın icraçı direktoru Toto Volf məsələ barədə danışarkən bunun onlar üçün ağır olduğunu vurğulayıb. O, belə bir sistemin qəbuledilməz olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mersedes_gelen_il_Formula_1de_istirak_uchun_rekord_mebleg_odeyecek-913007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR