ADU-da “Hindistan mədəniyyəti günü” qeyd edilib

ADU-da “Hindistan mədəniyyəti günü” qeyd edilib
18:18 21 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabr 21-də Azərbaycan Dillər Universitetində (ADU) “Hindistan mədəniyyəti günü”nə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana universitetdə hindi dilinin tədris olunmasını yüksək qiymətləndirib. Diplomat Hindistan haqqında olan məlumatları məhz hindi dilində eşitməkdən məmnun olduğunu bildirib.
ADU-nun prorektoru, professor Ələddin Əliyev Azərbaycan ilə Hindistan arasındakı dostluq əlaqələrindən danışıb. Ə.Əliyev universitetin Hindistan səfirliyi ilə əməkdaşlığı çərçivəsində bir sıra tədbirlər həyata keçirdiyini vurğulayıb.
Sonra iştirakçılara Hindistanın milli yeməkləri təqdim olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR