Xaçmazda 8-ci sinif “Coğrafiya” dərslik komplekti müzakirə edilib

Xaçmazda 8-ci sinif “Coğrafiya” dərslik komplekti müzakirə edilib
18:18 21 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 21 dekabr, Elxan Yusifli, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Xaçmaz Regional Bölməsinin təşkilatçılığı ilə 8-ci sinif “Coğrafiya” dərslik komplektinin müzakirəsi keçirilib. Dərslik komplekti yeni təhsil proqramı (kurikulum) və 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında coğrafiya fənni üzrə istifadə edilən test tapşırıqları əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının ümumi və tam orta məktəblərinin müvafiq fənn müəllimləri və metodistlərinin iştirakı ilə keçirilən müzakirələr “Dərslik portalı”nda canlı yayımlanıb.
TQDK-nın şöbə müdiri Afiqə Batıyeva müzakirə iştirakçılarına qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan 8-ci sinif dərslik komplektlərinin monitorinqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Müzakirədə TQDK-nın “Coğrafiya” fənni üzrə elmi-metodiki seminarının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə və AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Zakir Eminov 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili haqqında məlumat veriblər. Bakı Dövlət Universitetinin professoru Fərda İmanov və Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İskəndərova yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanan 8-ci sinif “Coğrafiya” dərslik komplektinin monitorinqinə dair ilkin rəyi təqdim ediblər.
Bundan sonra müzakirələr aparılıb. Müzakirədə şimal bölgəsinin təhsil müəssisələrində çalışan müəllimlər fikirlərini bildirib və təkliflərini veriblər.
Səkkizinci sinif “Coğrafiya” dərslik komplektinin həmmüəllifi Zakir Eminov dərslik komplekti ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib, sualları cavablandırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazda_8_ci_sinif_Cografiya_derslik_komplekti_muzakire_edilib-913014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR