Nazir Murad Adıgözəlzadəni cəzalandırdı

Nazir Murad Adıgözəlzadəni cəzalandırdı
18:26 21 Dekabr 2015
62 Şou
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib. 

Axşam.az nazirliyə istinadən xəbər verir ki, iclasda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti, Sumqayıt, Mingəçevir və Şəki dram teatrlarının yaradıcılıq fəaliyyəti, repertuar siyasəti və başqa məsələlər müzakirə olunub.

Məruzələr və çıxışlardan sonra Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti ilə bağlı kollegiyanın qərarı qəbul edilib.
 
Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verilib. Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova isə ciddi xəbərdarlıq edilib.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova da xəbərdarlıq edilib.

Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR