Zaqatalada ər-arvad zəhərləndilər

Zaqatalada ər-arvad zəhərləndilər
18:27 21 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

KANAL S (REGİON TV) xəbər verir ki, Zaqatalada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakinləri, 1992-cı il təvəllüdlü Rauf Əlibəy oğlu Kırtımov və onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Kəlmət Rəcəb qızı Kırtımova zəhərlənmə əlamətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olublar.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsində lazımi tibbi yardım göstərilən cütlüyün vəziyyəti hal-hazırda normaldır. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/392008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR