Azərbaycan atletləri Volqoqradda dörd medal qazanıblar

Azərbaycan atletləri Volqoqradda dörd medal qazanıblar
18:28 21 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Volqoqradda Olimpiya çempionu Tatyana Lebedovanın şərəfinə atletika üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda yeniyetmə atletlərimiz 4 medala medal qazanıblar.
Qızlar arasında 60 metr məsafəyə qaçış yarışlarında Yelena Pextireva qızıl, Fəxriyyə Tağızadə isə bürünc medala sahib olublar.
Oğlanların yarışında 60 metr məsafəyə qaçışda Riyad Quluzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rüstəm Məmmədov isə üçtəkanla tullanmada bürünc medal qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_atletleri_Volqoqradda_dord_medal_qazaniblar-913023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR