"Su-24"ün "qara qutu"sunu oxumaq mümkün olmayıb

"Su-24"ün "qara qutu"sunu oxumaq mümkün olmayıb
18:29 21 Dekabr 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin “qara yeşiyini” oxumaq mümkün olmayıb.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, “qara yeşik” o dərəcədə zədələnib ki, onun içərisindəki informasiyanı oxumaq qeyri-mümkündür. Belə ki, mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-ci çox ciddi şəkildə zədələnib.

 

Xatırladaq ki, bu yaxınlarda “qara yeşik” Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə canlı yayında açılıb. Lakin açıldıqdan sonra qurğunun zədələndiyi məlum olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR