Yanvar-noyabrda Azərbaycandan 30 milyon tona yaxın xam neft ixrac edilib

Yanvar-noyabrda Azərbaycandan 30 milyon tona yaxın xam neft ixrac edilib
18:33 21 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Bu ilin 11 ayında sayğac göstəriciləri əsasında Azərbaycandan 29 milyon 941 min 481 ton xam neft ixrac edilib. Yanvar-noyabr aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 24 milyon 421 min 855 ton, Bakı-Supsa neft boru kəməri ilə 3 milyon 915 min 164 ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon 186 min 918 ton neft ixrac olunub. Ötən dövrdə ölkədən 417 min 543 ton neft isə dəmir yolu nəqliyyatı ilə daşınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR