“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib
18:33 21 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
“Neft Daşları” yatağındakı 2585 nömrəli dərin dəniz özülündən 2598 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib və 2317-2308 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neft_Daslari_yataginda_yeni_quyu_istismara_verilib-913024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR