“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunda dəyişiklik edildi

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunda dəyişiklik edildi
18:59 21 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qanuna əsasən, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər ediləcək:

 
1. “Ağcabədi rayonu” bölməsi üzrə:
 
1.1. 8.42-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qiyaməddinli” sözü “Yuxarı Qiyaməddinli” sözləri ilə əvəz edilsin.
 
2. “Ağdam rayonu” bölməsi üzrə:
 
2.1. 9.13-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Baharlı” sözü “Gül Baharlı” sözləri ilə əvəz edilsin.
 
3. “Ağdaş rayonu” bölməsi üzrə:
 
3.1. 10.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Yeniarx” sözü “Aşağı Qobuüstü” sözləri ilə əvəz edilsin.
 
4. “Astara rayonu” bölməsi üzrə:
 
4.1. 13.10-cu sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Telman” sözü “Çayoba” sözü ilə əvəz edilsin.
 
5. “Bərdə rayonu” bölməsi üzrə:
 
5.1. 16.27-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qazaxlar” sözü “Birinci Qazaxlar” sözləri ilə əvəz edilsin.
 
6. “Cəlilabad rayonu” bölməsi üzrə:
 
6.1. 18.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Kövüzbulaq” sözü “Soyuqbulaq” sözü ilə, “Badamağac” sözü “Güneyli” sözü ilə əvəz edilsin;
 
6.2. 18.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Təzəkənd” sözü “Çəmənli” sözü ilə əvəz edilsin.
 
7. “Gədəbəy rayonu” bölməsi üzrə:
 
7.1. 22.15-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qasımağalı” sözü “Çaykənd” sözü ilə əvəz edilsin;
 
7.2. 22.21-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qurudərə” sözü “Gülallı” sözü ilə əvəz edilsin;
 
7.3. 22.23-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Yenikənd” sözü “Qızılqaya” sözü ilə, “Arabaçı” sözü “Çiçəkli” sözü ilə əvəz edilsin.
 
8. “Göyçay rayonu” bölməsi üzrə:
 
8.1. 24.8-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəyirli” sözü “Şıxlar” sözü ilə əvəz edilsin.
 
9. “Xaçmaz rayonu” bölməsi üzrə:
 
9.1. 27.18-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “İlxıçı” sözü “Məmmədxanlı” sözü ilə əvəz edilsin.
 
10. “İsmayıllı rayonu” bölməsi üzrə:
 
10.1. 30.5-ci sətirdə “Cülyan” sözü hər iki halda “Yuxarı Cülyan” sözləri ilə əvəz edilsin.
 
11. “Kürdəmir rayonu” bölməsi üzrə:
 
11.1. 31.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qarabucaq” sözü “Axtaçı Qarabucaq” sözləri ilə əvəz edilsin.
 
12. “Quba rayonu” bölməsi üzrə:
 
12.1. 36.4-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Digah” sözü “Yuxarı Digah” sözləri ilə əvəz edilsin.
 
13. “Tərtər rayonu” bölməsi üzrə:
 
13.1. 51.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qapanlı” sözü “Aşağı Qapanlı” sözləri ilə əvəz edilsin;
 
13.2. 51.6-cı sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Təzəkənd” sözü “Ağkənd” sözü ilə əvəz edilsin;
 
13.3. 51.18-ci sətirdə “Qapanlı” sözü hər iki halda “Yuxarı Qapanlı” sözləri ilə əvəz edilsin;
 
13.4. 51.19-cu sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qaradağlı” sözü “Yuxarı Qaradağlı” sözləri ilə əvəz edilsin;
 
13.5. 51.23-cü sətirdə “Sarıcalı” sözü hər iki halda “Yuxarı Sarıcalı” sözləri ilə əvəz edilsin;
 
13.6. 51.28-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qapanlı” sözü “Alışarlı” sözü ilə əvəz edilsin.
 
14. “Ucar rayonu” bölməsi üzrə:
 
14.1. 53.4-cü sətirdə “Çiyni” sözü hər iki halda “Yuxarı Çiyni” sözləri ilə əvəz edilsin.
 
15. “Zaqatala rayonu” bölməsi üzrə:
 
15.1. 56.7-ci sətirdə “Dombabinə” sözü hər iki halda “Üçüncü Tala” sözləri ilə əvəz edilsin;
 
15.2. 56.9-cu sətirdə “Əli Bayramlı” sözləri hər iki halda “Dağlı” sözü ilə əvəz edilsin.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR