Azərbaycanlı şahmatçı turnirinin qalibi olub

Azərbaycanlı şahmatçı turnirinin qalibi olub
19:03 21 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycanlı şahmatçı Kənan İzzət Melburnda keçirilən “Australian Masters-2015” beynəlxalq şahmat turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz yeddinci turda Luke Lini (Yeni Zelandiya) məğlub edib, sonuncu turdan əvvəl–səkkizinci turda Ari Deylə (Avstraliya qalib gəlib, sonuncu turu isə Ceyms Morrislə (Avstaliya) heç-heçə başa vurub.
Beləliklə, Kənan izzət 7,5 xal toplayıb və ona çatmaqda olan Maks İlinqvortu (Avstraliya) yarım xal keçərək I yerə çıxıb.
Qeyd edək ki, Kənan İzzət və Maks İliqvort beynəlxalq qrossmeyster normalarını yerinə yetiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_sahmatchi_turnirinin_qalibi_olub-913049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR