Millimizin qapıçısı Türkiyə yolunda

Millimizin qapıçısı Türkiyə yolunda
19:22 21 Dekabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"lə müqaviləsi başa çatmış qapıçı Səlahət Ağayev karyerasını qonşu Türkiyədə davam etdirməyə yaxındı. Fanat.az qaynar.info-ya istinadən xəbər verir ki, millimizin qolkiperinin Türkiyənin I dəstə klublarından birinə keçəcəyi gözlənilir.

Bundan başqa, ümidləri doğrultmayan alban Emilyano Vila və Beynəlxalq Bankın əvvəlcədən müqavilə bağlamaqda maraqlı olmadığı Seneqal əsilli fransalı Limam Seydinin komandada qalıb-qalmayacağı sual altındadı. İspaniyalı İvan Benites və gürcü mərkəz müdafiəçisi Laşa Salukvadzenin də "İnter"i tərk edəcəyi gözlənilir. 

Komandanın heyətində görmək istədiyi yerli futbolçulardan biri isə Vüqar Nadirovdu. Ancaq "Qəbələ"dən ayrılmış futbolçunun xidmətində "Neftçi" də maraqlıdı.

Qeyd edək ki, "İnter" artıq Abdulla Abatsiyevlə yollarını ayırıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-qapcs-turkiy-yolunda-t46318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR