Qonşusunun evinə maska ilə girib oğurluq etdi

Qonşusunun evinə maska ilə girib oğurluq etdi
19:36 21 Dekabr 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusarda soyğunçuluq yolu ilə oğurluq edən 23 yaşlı gənc saxlanılıb. Onun əməlindən ev sahibi maddi ziyan, onun 16 yaşlı oğlu isə mənəvi zərər çəkib.

ANS PRESS-in məlumatına görə, Qusar sakini Fuad Əfəndiyev polis şöbəsinə naməlum şəxsin onun evindən 5000 manat dəyərində qızıl-zınət əşyaları və 720 manat nəğd pulu oğurladığı ilə bağlı müraciət edib.

Polisin əməliyyatı nəticəsində məlum olub ki, oğurluğu qonşuluqda yaşayan 23 yaşlı Anar Məhərrəmov törədib. Maskalı şəkildə Fuad Əfəndiyevin evinə daxil olan Anar ev sahibinin 16 yaşlı oğluna zor tətbiq edərək pulların və qızıl əşyalarının yerini öyrənib.

Qusar PŞ-nin baş müstəntiqi Rəfael Tağıyevin sözlərinə görə, oğurluq niyyətini həyata keçirərkən Fuad Əfəndiyevin oğlu Abdulhey Əfəndiyevin evə daxil olduğunu görərək sonuncunu evdə olan skoçla əl-ayağını stola bağlamış və Abdulhey Əfəndiyevdən soruşaraq pulların və qızılların yerini öyrənmiş, sonra isə sonuncunu sərbəst buraxaraq hadisə yerini tərk edib.

Qusar polisinin saxladığı 23 yaşlı Anar Məhərrəmov oğurluq məkanını özü əvvəlcədən müəyyən etdiyini bildirib.

"Bir az borclarım çıxmışdı. Ona görə belə iş tutdum. Fikirləşdim pullari var, getdim ora. Mağaza işlədirdilər", saxlanılan şəxs Anar Məhərrəmov deyib.

Anar Məhərrəmov barəsində Qusar PŞ-nin istintaq bölməsində soyğunçuluq maddəsi ilə cinayət işi açılıb. 16 yaşlı uşağı qorxudaraq mənimsəmək istədiyi zinət əşyalarını və pulu xərcləmək isə ona nəsib olmadı.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR